J-1 vizası - "Work and Travel USA" proqramının iştirakçılarına verilən vizadır. Bu vizanın düzgün adı "J-1 Exchange Visitor Visa"-dır.
J-1 vizası xarici tələbələrə yay tətili zamanı ABŞ ərazisində qanuni işləmək imkanı vermək üçün yaradılmışdır. J-1 vizasının çox vacib bir xüsusiyyəti var - bu, giriş vizasıdır. Yəni, başqa sözlə desək, bu viza ilə siz yalnız ABŞ-a daxil ola bilərsiniz, qalma müddəti isə digər sənədlərlə (bu halda DS-2019 forması) müəyyən edilir.
J-1 vizası ABŞ-ın sponsor təşkilatı tərəfindən təqdim olunan DS-2019 forması əsasında verilir (IEC.Exchange bu formanı əldə etməyə kömək edəcək). Ərizəçi DS-2019 formasını mütləq imzalamalıdır. Proqramın dəyərini ödəyərkən siz viza üçün deyil, DS-2019 forması üçün, yəni Work and Travel USA iştirakçısı olmaq imkanı üçün ödəniş edirsiniz. J-1 vizasının rüsumu konsulluğa şəxsən müraciət edərkən ayrıca ödənilir. ABŞ səfirliyinin konsulluq rüsumu 140 dollardır, üstəgəl sənədlərin çatdırılması xidməti üçün ödəniş. Viza rədd edildikdə bu məbləğ geri qaytarılmır.
Mübadilə proqramları üzrə viza üçün müraciət edən ərizəçilər müsahibə tarixinə qədər SEVIS rüsumunu (35 dollar) ödəməlidirlər. Bu rüsum da heç bir halda geri qaytarılmır.
Mənbə: IEC.Exchange VK qrupu
(11.04.11)


