
DS-160 formasının doldurulması
Viza müsahibəsinə dəvət olunmaq üçün DS-160 viza müraciət formasını doldurmalısınız. Sorğu vərəqini bu səhifədə elektron şəkildə doldura bilərsiniz: https://ceac.state.gov/GenNIV/Default.aspx. Sorğu vərəqini doldurarkən vacib məqamlar: 1. Dil: * DS-160 forması yalnız ingilis dilində doldurulmalıdır. 2. Məlumatın dəqiqliyi: * Ərizəçi və səyahət haqqında bütün məlumatların doğru olduğundan əmin olun. Yalan məlumat qəbuledilməzdir. 3. Formanın diqqətlə doldurulması: * Sorğu vərəqini səhlənkarlıqla doldurmaqdan çəkinin. Göndərməzdən əvvəl hər bir sahəni yoxlayın. 4. Elektron format: * Sorğu vərəqi yalnız elektron şəkildə doldurulmalı və təqdim edilməlidir. 5. Sorğu vərəqinin yadda saxlanılması: * Hər səhifənin aşağısındakı "Save" düyməsindən istifadə edərək, doldurduqca sorğu vərəqini mütəmadi olaraq yadda saxlayın. 6. Brauzer seçimi: * Sorğu vərəqini doldurmaq üçün Safari brauzerindən istifadə etmək tövsiyə edilmir. Google Chrome və ya Mozilla Firefox istifadə etmək daha yaxşıdır. 7. Foto tələbləri: * Fotoşəkil ciddi şəkildə tam üz görünüşü ilə, ağ fonda və gülümsəmədən çəkilməlidir. Fotoşəkil altı aydan köhnə olmamalıdır. Viza müraciəti prosesində səhvlərin və gecikmələrin qarşısını almaq üçün bu təlimatlara əməl edin. Ərizə formasını doldurarkən hər hansı sualınız və ya çətinliyiniz olarsa, kömək üçün proqram koordinatorunuzla əlaqə saxlamaqdan çəkinməyin. Əlaqəli mövzular: - Viza müsahibəniz üçün sənədlər - J-1 Visa - DS-2019 forması - I-901 Formu
