Uzaq 2039-cu il... Yoxsa yaxın? 20 il ərzində nə dəyişə bilər? Əslində, 20 il böyük müddət deyil, amma xatırlasaq, 20 il əvvəl smartfonlar belə yox idi. Bəs səyahət sahəsi necə? Çox yaxın zamanda sürətli qatarlar, sürətli su nəqliyyatı vasitələri peyda olmağa başladı. Əminəm ki, 2039-cu il səyahət ili olacaq və səyahətlər fantastika sərhədində olacaq!
International Exchange Center həmişə irəlidə olduğu üçün məhz o, eksklüziv təkliflər təqdim edəcək. Gələcəkdə həyata keçiriləcək bir neçə variantım və ya daha doğrusu, səyahət növlərim var.
Aklıma gələn ilk fikir Sakit və Atlantik okeanlarının və ya hər hansı digər okeanın dibi ilə sualtı qayıqda səyahət etməkdir. Bu yay mən və Amerikada tanış olduğum rəfiqələrim Mayamidən Baham adalarına kruiz gəmisi ilə səyahət etdik. Təəssüf ki, Dorian qasırğası səbəbindən planlaşdırılan üç adadan yalnız birində (Nassau) ola bildik. Lakin gəmidə keçirdiyimiz vaxt yaddaşımda ən unudulmaz xatirə kimi qaldı, axı biz 3 turda olduq və 10 ştatda gəzdik. İndi təsəvvür edin ki, bütün bunlar sadəcə açıq okeanda deyil, onun dibində baş verəcək. Bu, təkcə əyləncəli deyil, həm də maarifləndirici olacaq. O qədər sualtı canlılar və orqanizmlər görmək olar ki, bəlkə də varlığından xəbəriniz belə yox idi. Məsələn, Atlantik okeanının sahilində ilk dəfə qılıncbalıq (meçenosets) görəndə və onların nə olduğunu öyrənəndə nə qədər təəccübləndiyimi təsəvvür edin. Üstəlik, belə səyahətlər ekstremal ola bilər, dayvinqlə məşğul olub köpəkbalıqları ilə üzmək olar, amma bu, əlbəttə ki, xüsusilə cəsarətlilər üçün! :)
İkinci fantaziyam komandalarla hər hansı bir yarış səyahətlərinin təşkili idi! Məsələn, xəritə verilir və ya bu səyahətlər bir kvest ola bilər. Adrenalin, təhlükə və macəra ilə dolu bir səyahət – məhz bunlar xatirələri yaradır! Mənim fantaziyamda bu, "Fort Boyard" və "Oryol i Reshka" proqramlarının qarışığıdır. Həmçinin, bu yay Amerikada keçirdiyim vaxtdan yaddaşımda qalan ən parlaq xatirələrdən bəziləri qayadan tullanmaq, hidrosikllərlə sürmək (arzum çin oldu, üstəlik, onları idarə etmək kifayət qədər asan imiş), qayıq sürmək və şəlalənin ətəyində olmaqdır. Gələn yay paraşütlə tullanmağı planlaşdırıram!
Və üçüncü, sonuncu ideya isə, əlbəttə ki, kosmosdur! İnkişafın bu mərhələsində bunun nə dərəcədə mümkün olduğunu və iyirmi il ərzində çox şeyin dəyişib-dəyişməyəcəyini bilmirəm, amma bilirəm ki, heç vaxt maneələr qoymaq olmaz!
Və əsas və sonuncu sual: mən harada olacağam? Və nə ilə məşğul olacağam? Burada intriqalı heç nə yoxdur, mən International Exchange Center-də işləyəcəyəm! Mənə bəxş etdiyi imkanlara və təcrübəyə görə International Exchange Center-ə çox minnətdaram və gələcəkdə bu imkanları başqalarına bəxş etmək və təcrübəmi bölüşmək istəyirəm!
Proqnozlarımın gerçəkləşib-gerçəkləşməyəcəyini 2039-cu ildə biləcəyik, indi isə bizə yalnız gözləmək, təkmilləşməyə və inkişaf etməyə davam etmək qalır! Və səyahət etməyi unutmayın!