"Amerika - arzuların cəmi iki 'əgər' ilə reallığa çevrildiyi bir ölkədir: - əgər pulun varsa, - əgər əlaqələrin varsa. Digər ölkələr daha çox 'əgər' tələb edir."
"Amerikaya iki şeylə getmək lazımdır: ya beyinlə, ya da pulla."
"Bütün insanlar 2 növə bölünür: ABŞ-a köçməzdən əvvəl Amerikanı tənqid edənlər və ABŞ-a köçdükdən sonra Amerikanı tənqid edənlər."
Amerika böyük imkanlar ölkəsidir. Mən ABŞ-a ilk dəfə 3-cü kurs tələbəsi kimi məhz bu fikirlərlə getmişdim.
2 ildən sonra da mən bu fikirdə qalıram. Ştatlarda keçirdiyim iki yay həyatımı 180 dərəcə dəyişdi. Orada qazandığım təcrübə əvəzsizdir. Mən 2011, 2012 və s. illərdə ABŞ-a getməyi planlaşdıran tələbələrlə öz təcrübəmi bölüşməyi öz borcum bilirəm.
İstəmirəm ki, insanlar mənim səhvlərimi təkrarlasınlar. Buna görə də bu bloqu yaratdım. 2010-cu ilin yayı haqqında hekayəmi əvvəldən sona qədər xronoloji ardıcıllıqla başlayıram: biletlərin alınması, ştatlardakı ilk cəhənnəm ayı, avtomobilin alınması, xəstəxana, məhkəmə, sürücülük vəsiqəsinin alınması və ən maraqlı hissə ilə bitirirəm - NC->CA->NC səyahəti.
Ümid edirəm ki, çox maraqlı olacaq.
Sizdən daha çox rəy görmək istərdim.
Hey ho, let's go...





