Mən düzəlməz avantüristəm. Buna görə də Amerikaya gedəndə bütün yayı Vaşinqton hava limanında qəhvə dəmləyib hamburqer qızdırmaq fikrim yox idi. Nyu-Yorkun hind məhəlləsində yaşamaq, Filadelfiyanın getto rayonlarına baş çəkmək, Boston hava limanının döşəməsində yatmaq, San-Fransiskonu velosipedlə gəzmək və Hollivuddan məyus olmaq — mən bundan azına razı deyildim ;)

