"Nyu-York dünyanın paytaxtıdır". Roma Papası İoann Pavel II bu şəhəri belə adlandırmışdı. Rus şairi Yevgeni Yevtuşenko isə onu şəhərə sığışdırılmış bəşəriyyət adlandırmışdı. Həqiqətən də, dünyada Nyu-Yorkda təmsil olunmayan bir xalq yoxdur. Son 4 əsr ərzində Nyu-York şəhəri uğur və sərvət üçün qeyri-məhdud imkanları ilə güclü və enerjili insanları özünə cəlb edir. Milyonların səyi ilə şəhər canlı muzeyə çevrilib. Onu aylarla araşdırmaq olar, lakin bir neçə saat ərzində də gəzib görmək mümkündür.