Amerikada ilk dəfə:
- Mikrodalğalı sobada birinci, ikinci və üçüncü yeməkləri hazırladım
- Maşın vurdu
- Evsiz bir insanla tanış oldum
- Məni işə götürmələri üçün diplomatiya möcüzələri göstərdim
- Oteldə otaq tutdum
- Kazinodan qovuldum
- Hava limanında həbs olundum
- Niaqara şəlaləsini gündüz və gecə gördüm
- Maaş aldım
- Möhtəşəm qaradərili bir qoca tərəfindən caz-bəndə dəvət olundum
- eBay-dən istifadə etdim
- Gecə saat üçə qədər mağazaları gəzdim
- Tayms-skverdə iliyimə qədər islandım
- Tacikistan vətəndaşından şübhəli bir kompliment aldım
- Nyu-Cersidə olarkən Nyu-Cersini pislədim
- Atlantik-Siti-nin taxta yolları ilə gəzdim
- Küçə restoranına aşiq oldum
- Metroda sonuncu dayanacağa qədər yuxuya getdim
- Qrand Kanyon fonunda ayaqlarımı şəklini çəkdim
- Velosiped sürməyi öyrəndim
- İkinci Dünya müharibəsi tarixi ilə bağlı bir amerikalı ilə mübahisə etdim
- Blinçik bişirdim
- Espresso hazırladım
- Nyu-York haqqında: "Gəl evə gedək" dedim.
- Başa düşdüm ki, məni heç vaxt yarıyolda qoymayacaq yeganə supermen - mən özüməm.
- Opossum gördüm
- Böyüdüm.
Amerika, mənə öyrətdiyin hər şey üçün təşəkkür edirəm. Xüsusilə də üzümlə asfalta çırpılmağım üçün, zarafatsız, bu unudulmaz idi!
Sevgilərlə, mən.

Rəylər · 2
