Dil məktəbindəki kursu bitirdikdən sonra bir az səyahət etmək və Şekspir və Harri Potterin vətənini görmək qərarına gəldim.
İlk təyinat yerim Lankashirdəki Blekbern oldu. Ora çatanda maraqlı heç nə tapmadım... Ümumiyyətlə heç nə! :)
Məşhur "Yellow Submarine" cizgi filmindəki səhnə yadıma düşdü. Heç yerə, deşikləri olan bir yerə düşən Con Lennon demişdi: "Bu mənə Lankashirdəki Blekbern adlı yeri xatırladır". O haqlı idi!
Onlardan söz düşmüşkən...
Əfsanəvi The Beatles qrupunun pərəstişkarları mütləq Liverpula, The Beatles Story muzeyinə getməlidirlər. Orada Ringo Starr ilə birlikdə barabanda çala və həmin o sarı sualtı qayıqda gəzə bilərsiniz! :)
Liverpul İngiltərənin şimal-qərb sahilində, Mersi çayının mənsəbində yerləşən bir limandır. Çox gözəl şəhərdir!
Sonra Çeşir qraflığında Çester oldu. Çesterin tarixi təxminən iki min il əvvəl, Britaniyanın Roma işğalı dövrünə gedib çıxır. Çester çox gözəl, tarixi bir şəhərdir. O, romalıların çox əsrlər əvvəl tikdiyi divarla əhatə olunub. Və bu divarlar indi şəhər sakinləri üçün gəzinti yollarıdır. Çesterdə görməli yerlər çoxdur: Çester Katedralı, divarlar, lakin mənə ən təsirli olan mərkəzi küçə göründü. Burada köhnə İngiltərənin ab-havası hiss olunur!
Mən 13-cü əsrdə tikilmiş Stokesay Castle-ə getməyə müvəffəq oldum. Bu qala boyunca gəzərkən orta əsr İngiltərəsindəki həyatı və məişəti təsəvvür etmək çox asandır. Nağıl kimi yerdir!
