Evə qayıdanda məni əhatə edən hər şeyə qarşı soyuqluq hiss etdim. Bu soyuqluq Vətəni tamamilə rədd etmək, şübhələr və qəzəblə qarışıq qorxu nəticəsində yarandı. Mən hələ də Belarusa bağlı idim, lakin o, mənim üçün hörmətli və qüsursuz bir qəhrəman olmaqdan çıxmışdı.
Amerikalı dostlarımın şəkillərinə baxır və özümü eyni səma altında olduğumuz fikri ilə ovudurdum. Baxmayaraq ki, gəlin dürüst olaq: özümə xas dramatiklik ucbatından ürəyimin kədərdən donduğunu hiss edirdim.
Çoxsaylı uçuşlarımla özümdə yuxusuzluğu oyatdım. Gecələr bu daxili vəhşi məni sakit mənzildə gəzməyə, gündüzlər isə dərsdə yarım yuxulu vəziyyətə düşməyə məcbur edirdi. Sevgili düşmənlə mübarizə aparmaq tamamilə fərdi bir işdir. Mən banal şəkildə mübarizə apardım:
- Gündüzlər özümü yorurdum. Hətta qarın əzələləri üçün məşqlərə başladım, qaçdım.
- Dünyanın ən darıxdırıcı kitabını tapdım və onu oxumağa başladım, hər sözün dadını çıxararaq, hər sözdə ilişib qalaraq. Darıxmaq yuxuya getməyə kömək edirdi.
- Yuxum gəlsin deyə isti çay içirdim.
Zaman keçdikcə hər şey qaydasına düşdü: hətta mənəvi cəhətdən də özümü daha yaxşı hiss etməyə başladım. İndi mən işləmək, səyahət etmək üçün motivasiya tapmışam. Dünən ən yaxın rəfiqəmə yazdım: "Amma anladım ki, mən – özümdə olan ən qiymətli şeyəm, mən – həyatda təkmilləşdirməli olduğum yeganə varlıqam. Mən insanları dəlicəsinə sevirəm, dostlarımı və ailəmi sevirəm, amma hətta onları da öz dəyərli varlığım vasitəsilə sevirəm. Bunu necə izah edəcəyimi bilmirəm, amma mənim özümü çox güclü qorumalı olduğumu dərk etməyim vacib görünməyə başladı."





