Əvvəlcədən bilmək istədiyim daha bir neçə məqam:
-
Mən Çikaqonu sevirəm. Mən Çikaqonu həyatdan, Orxan Pamukdan və darçından daha çox sevirəm, insanları sevirəm, ilahi, əgər məndən Milad bayramına nə hədiyyə istədiyimi soruşsanız, deyərdim – Çikaqo. Çikaqodakı ilk günümdə manqo yedim, ona qarşı nə qədər güclü allergiyam olduğundan xəbərim belə yox idi. Nəticədə, bütün günü hosteldə dizlərimi qucaqlayıb, yavaş-yavaş sönərək uzandım. Nəticə budur – təcrübə et, amma yanında katalizator olsun (sadə dillə desək – dərman ehtiyatı gör).
-
Böyük şəhərlərin hava limanına iki saat əvvəl gəl (çoxlarının məsləhət gördüyü kimi bir saat deyil). Mən az qala Mayamidə qalırdım, çünki Security line-da iki saat yarım gözlədim.
-
Dunkin Donuts – dadına bax! Çox ləzzətlidir!
-
Özünə Amerika SIM-kartı al. Onlar heç də bahalı deyil, əvəzində istənilən an zəng edə biləcəyini bilərək özünü təhlükəsiz hiss edəcəksən.
-
Yəqin ki, əgər gedəcəksənsə, bütün yaya getməyə dəyər. Əgər özünü təcrübə ilə ağzınadək doldurmaq istəyirsənsə, bir ay (hətta iki ay da) kifayət etməyəcək.





