Los-Anceles tamamilə başqadır. O, sakit və hüzurludur. Və çox rəngarəngdir! Orada həm göydələnlər, həm bağında mandarin ağacları olan xüsusi evlər, həm də coşqun, eyni zamanda çox təmiz Sakit okeanla qovuşan çoxlu sayda çimərliklər var. Sadəcə Beverly Hills və Santa Monica-ya baş çəkmək kifayətdir və siz dərhal hər şeyi anlayacaqsınız.
Biz Warner Bros. studiyasına baş çəkməyə, inanılmaz kinoların yaradıldığı o studiyanın bütün ərazisini gəzməyə müvəffəq olduq! Biz elə bil gerçək kimi görünən dekorasiyalarla dolu küçələr gördük. Studiyanın mağazasına daxil olduq və nəhayət, "Harri Potter" filmindən bütün dünyaya məşhur olan müxtəlif dadlı konfetləri daddıq. Bu filmin xüsusi pərəstişkarları üçün mağazada açarlıqlardan, sehrli çubuqlardan, konfetlərdən tutmuş Hoqvarts şagirdləri üçün plaşların surətlərinə qədər bir sıra məhsullar var.
Həmçinin, Warner Bros. studiyasında məşhur serialların çəkiliş meydançalarını tapa bilərsiniz. Biz, məsələn, F.R.I.E.N.D.S. serialının çəkiliş yerini gözdən qaçırmadıq.
Qriffit rəsədxanasında gün batımını qarşılamaq, məşhur "Hollywood" işarəsinə yaxın məsafədən baxmaq, okeanda çimmək və "Santa Monica" körpüsü boyunca gəzmək, Venice beach çimərliyi boyunca yolda velosiped və skeytbord sürmək, orada gün batımından zövq almaq və Mələklər şəhərində sübhü qarşılamaq - bütün bunlar bizim yerinə yetirdiyimiz tapşırıqlar idi və indi, bunları xatırlayanda qəlbim çox isinir.




