Avtobusla 5 saat və Voila! ABŞ-ın ən yaşıl ştatına - Meynə xoş gəlmisiniz. Əsas fərqləndirici xüsusiyyəti odur ki, ştat ölkənin ən şimal-şərqində yerləşir, Kanada ilə həmsərhəddir və buna görə də burada fransız dilində danışanlar çoxdur. Mənim üçün bu çox faydalı oldu, çünki universitetdə ingilis və fransız dillərini öyrənirəm. Bu ştatı mənə bir vaxtlar bura gəlmiş və Atlantik okeanı sahilindəki kiçik turistik şəhərciyə - Ogunquitə aşiq olmuş rəfiqəm tövsiyə etmişdi. Məhz burada mən həyatımın ən yaxşı yayını keçirdim!!!
Amma hər şey istədiyim kimi rəvan getmədi. Şəhərdə olduğum ilk gün başıma gələn bir hadisəni danışım. Gəldikdən sonra rəfiqəmlə birlikdə qalacağımız adama zəng etdik. Nəzərdə tutulmuşdu ki, o bizi qarşılamalıdır. Biz onu bir neçə dəfə xəbərdar etmişdik, amma nədənsə o, telefona cavab vermirdi. Ağır çamadanlarla və yoldan yorğun halda evi özümüz axtarmağa qərar verdik... Tapdıq... Və burada ən maraqlı hissə başladı... Məsələ ondadır ki, mənim iş təklifim suvenir mağazasında idi, lakin onlar, təəssüf ki, yaşayış yeri təmin etmirdilər. Amma meksikalı restoranında işləyən rəfiqəmə yaşayış yeri verirdilər və biz işəgötürənlə razılaşdıq ki, mən onlarla yaşayacağam. Birinci dərs - risk etməyin və başınızı soxmağa yer verən iş axtarın. Özünüzü sığortalayın. Heç yerdə zəmanət yoxdur. Nəhayət, mənim üçün də yer tapıldı və mən bu böyük meksikalı ailə ilə yaşamağa başladım..
Bundan sonrası isə sadəcə xoşbəxtlik... gözəl iş, yeni dostlar və əsl sevgi... Bu şəhərciyin bir parçası həmişə mənimlədir... xatirələrimdə.



