Onların otağı 21-ci mərtəbədə idi – insanlar və maşınların oyuncaq kimi göründüyü qədər hündür. Otaqda musiqi səslənirdi və biz artıq çamadanlarımızı boşaltmaq üzrə idik. Hər birimiz növbə ilə pəncərədən çölə baxdıq – və məsələ hava şəraitini, vaxtı və ya otelimizin harada olduğunu bilməməyimizdə deyildi. Sadəcə sarı taksilərin, 21-ci mərtəbədəki bu 4 nəfərin, başqa saat qurşağının və yaxınlıqdakı Bruklin körpüsünün vəhdəti bizi elə bir vəhşi heyranlıqla bürüdü ki, oyanmaq istəmirdik.
-Biz sanki kinodayıq!
-Bəli, mən də indi elə bunu düşünürdüm!
-Baxın, qonşu binada Amerika bayrağı dalğalanır, aşağıda isə daim tələsən insan izdihamı...
-Nə qədər əladır!
-Əvvəl səhər yeməyi yeyək?
-Əla ideya, sonra isə Central park-a!
Hammımızın bəzən elə gəlir ki, hər şey haqqında hər şeyi bilirik: məsələn, Amerikanın necə olduğunu. Qismən hamımız nədəsə haqlıyıq. Və hər kəsin gözünə tanış olan, The Top of the Rock-da çəkilmiş, mərkəzində məşhur Empire State Building və göyə dirənən göydələnlər olan plakatlar – bunların hamısı bizə tanışdır, amma əslində tamamilə uzaq və naməlumdur. O, ən yaxşı Amerika filmlərindəki kimidir. Və nə vaxt ki, sən öz Polaroid-ini çıxarıb Central park ətrafındakı hündürmərtəbəli binaların arzulanan fotosunu çəkirsən, və ya Time Square-də dayanırsan, və ya təsadüfən gözün sarı məktəb avtobusuna sataşır, Brooklyn Bridge boyu gəzirsən və uzaqda kiçik Azadlıq heykəlini görürsən, düşünürsən ki, bu ümumiyyətlə mümkün deyil! Bu hansısa səhvdir. Dostum, sən bura necə gəlib çıxdın? Dünənki bütün arzular qəfildən canlanır və sən bu xoşbəxtliyi hiss edirsən, hər şey o qədər möhtəşəmdir ki, buna inanmaqdan imtina edirsən, sanki hansısa görünməz sevinc vergi yığanı sənin üzərinə çoxlu bayram düşdüyünü görüb onu əlindən alacaq. Ona görə də sən dumanlı vəziyyətdə gəzməyə davam edirsən, amma bu da keçib gedir...
Başındakı stereotiplər dağılanda və sən əşyalara tamamilə yeni baxışla baxmağa başlayanda bundan xoş heç nə yoxdur. Öz gözlərinə inanmamaq haqqında daha 5 səhifə çap mətni yazmaq olar, ya da çox maraqlı və faydalı bir şey danışmaq olar. Super-romantik olduğumuz üçün birincini seçməyi çox istəyirik, amma maraqlı şeyləri də sevirik, ona görə də başlayaq.
Siz gülməlisiniz, əlbəttə, 2-3 ştatda olub Amerikanı tanıdığınızı iddia edirsiniz. Birinci və ən vacib qayda – bütün 50 ştatı gəzməyincə nəticə çıxarma, bunu fakt No1-ə aid edək. Və bu doğrudur, şimalda Maine-də olmaq və ya Illinois və California-ya getmək tamamilə fərqli şeylərdir. Hər ştat özünəməxsus və fərqlidir: məsələn, şimalda qaradərili əhalinin əhəmiyyətli dərəcədə az olduğunu, cənubda insanların daha sərbəst olduğunu, müxtəlif ştatlarda bəzən dialektdə belə fərq olduğunu görə bilərsiniz. Amma bu o demək deyil ki, haradasa daha pisdir, haradasa daha yaxşıdır, hər nöqtədə özünəməxsus maraqlıdır, hər birindən özünə lazım olanı götürürsən. Amma söhbət etdiyim bir çox amerikalı bəzi ştatlar haqqında zarafat edirdi və onları öz sevmədikləri siyahısına daxil edirdi: Texas, Kanzas, Luiziana və bəziləri. Həmçinin qeyd etmək olar ki, kifayət qədər yerli sakin bəzən heç vaxt öz doğma ştatından çıxmayıb, və ya cəmi bir-iki başqasında olub.
Fakt No2-yə rahat keçid edərək demək istəyirəm ki, Amerika haqqında təəssürat böyük ölçüdə qarşılaşdığımız insanlar sayəsində formalaşdı: qəfil tanışlardan tutmuş sonradan dostumuza çevrilən insanlara qədər. Görüşlər tamamilə gözlənilməz idi: biz parkda qəhvə içərkən bəziləri yanımızda otururdu, bəziləri salat üçün sous seçimində həvəslə iştirak edirdi, elə oradaca bizi hava limanından otelə pulsuz aparan taksi sürücüsünü, bəs bizim inanılmaz dərəcədə qayğıkeş işəgötürənimiz haqqında nə deməli...? Siyahı sonsuzdur. İnsanlar haqqında çox danışmaq olar: bəli, onlar gülərüzdürlər, necə ki, eşitməyə adət etmişik. Yoldan keçənə gülümsəmək tamamilə normaldır. Əgər sən təzəcə Amerikaya uçmusansa, bu sənin ilk günündürsə və alnında böyük sual işarəsi çəkilibsə, sinəndə isə neon işığı ilə «help» yazısı parlayırsa, bəlkə biz bəxtəvərik, amma insanlara müraciət etməyə macal tapmamış, on nəfərə yaxın insan öz köməyini təklif edir, çamadanla kömək edir, bu və ya digər yerə necə getməyi izah edir və s. Və bu dəlicəsinə əla idi!

