Kaliforniya ştatı. Maşının pəncərəsindən kənarda toranlaşma başlayırdı, gecə yaxınlaşırdı. Mən yol yoldaşlarımdan harada gecələyəcəyimizi soruşdum.
Cavab - Slab City.
"Slab City? Bu nədir?" - deyə soruşdum.
"Haha, xoşuna gələcək. Bu, ABŞ-da qanunların olmadığı yeganə şəhərdir və polis bu şəhərə gəlməyi lazım bilmir."
"Əla," - deyə düşündüm, bütün duaları xatırlayaraq, çünki başqa çarə yox idi. Marşrutdan yayınmamaq qərarına gəldik, çünki onsuz da qrafikdən geri qalırdıq.
Şəhərə yaxınlaşanda maşın attraksiondakı kimi silkələnməyə başladı. Bütün Amerikanı bürüyən o hamar yollardan əsər-əlamət qalmamışdı.
Şəhərin girişinə çatanda gördük ki, yol yuyulub. Nə gözləyəcəyimizi bilmədiyimiz bir yerdə ilişib qalmağın başımıza gələ biləcək ən pis şey olduğunu düşünərək, uşaqlar maşını geri çəkdilər, məni içəridə kilidlədilər və özləri çöldə, çadırda gecələdilər.






