Məskənin dərinliklərinə doğru irəlilədikcə, yol boyu müxtəlif tikililər görünməyə başladı. Bir mənzil diqqətimizi çəkdi. Parlaq rəngli divar, boya balonları – bütün bunlar bizi özünə çəkirdi və biz sadəcə yanından keçə bilmədik.
Tamaşa etməyə aludə olub, yanımıza bir qadının yaxınlaşdığını belə hiss etmədik. Bu, daxmanın sahibi idi. Haradan gəldiyimizi soruşduqdan sonra, o, divarda xatirə üçün yazı saxlamağı təklif etdi. Biz məmnuniyyətlə razılaşdıq və Slab City-də yaşamağın necə olduğunu öyrənməyə qərar verdik. Şəhər sakini seçdiyi həyat tərzindən razı olduğunu və onu narahat edən yeganə şeyin sığınacaq verdiyi pişiyin yeməyinə pulun həmişə çatmaması olduğunu söylədi.
Şəhər sakinlərinin əksəriyyəti işsizlik müavinəti ilə yaşayır. Bəxti gətirməyənlər isə öz əlləri ilə nəsə yaradıb gələn turistlərə və ya Slab City-dən 8-10 km aralıda yerləşən ən yaxın Niland şəhərinin sakinlərinə satırlar. Yayda kritik dərəcədə yüksək temperaturdan başqa, sakinlər üçün digər bir problem çayın daşmasıdır ki, bu da tez-tez çay kənarında yaşayanları su altında qoyur. Lakin Slab City-də uzun illər yaşayanlar evlərini çaydan uzaq vadidə tikməyə çalışırlar.
Yeni tanışımıza gəlincə, o, bütün günü səhrada gözəl şüşə qırıntıları, balıqqulaqları, sümüklər və ya daşlar axtararaq gəzir, sonra isə onlardan inanılmaz dərəcədə gözəl bəzək əşyaları düzəldir. Sahibəyə qarşı rəğbət bəsləyərək, xatirə üçün nəsə almaqdan imtina edə bilmədik.
Şəhər sakinlərinin həyatı ilk baxışdan göründüyü kimi darıxdırıcı deyil.
Slab City ərazisində kilsə, kitabxana və hətta skeyt-park yerləşir. Hər həftə burada musiqi konsertləri keçirilir, burada hər şey ən yüksək səviyyədə təchiz olunub – səhnə, bar, yumşaq divanlı VIP sıralar, işıqlandırma.
Burada bir həftə keçirin və bəlkə də, bu şəhəri tərk etmək istəyiniz olmayacaq.
Biz ətrafa baxarkən, öz sahəsində payalar basdıran yaşlı bir kişi bizi çağırdı. O, öz mənzilini göstərməyi təklif etdi.
Artıq söz-söhbətsiz, kişinin dahi olduğu məlum oldu. Səhrada elektrik enerjisinin olmaması onu narahat etmir. Onun «evində» soyuducu, paltaryuyan maşın və hətta plitə işləyir, məhsuldar olmayan torpaqda isə tərəvəzlər yetişir.
Slab City-də o, qızları ilə yaşayır. Qonşularla ünsiyyət qurub-qurmadığı barədə sualımıza, o, bütün sahə boyu hərəkət sensorlarının quraşdırıldığını, kameraların olduğunu və hər ehtimala qarşı, əlbəttə ki, xüsusi qonaqpərvərlik üçün tüfəng saxladığını bildirdi.
Bəlkə də, şəhərdəki həyat kurort deyil, lakin dostumuzun mənzilinin ortasında hovuz var və o, təmiz su çatışmazlığından heç də narahat deyil, çünki o, suyun üç səviyyəli filtrasiya sistemini yaradıb. Bir sözlə, gözəl yaşamağı qadağan edə bilməzsən...
Lakin söhbət maariflənməyə gəldikdə, bizə təcili getmək vaxtı çatdı.
Gəzintimiz boyu bütün sakinlər bir ağızdan şəhərin mərkəzində yerləşən küçə muzeylərinə mütləq baş çəkməli olduğumuzu deyirdilər, biz də ora yollandıq.


