"Dünyanı dəyişmək istəyirsənsə, əvvəlcə özündən başla."
M. Qandi
Hər bir insan daim daha yaxşı, daha güclü, daha gənc, daha gözəl olmağa çalışır. O, özünü də, ətrafını da, həyatını da mümkün qədər yaxşı tərəfə dəyişmək istəyir. Məsələn, insanlar həmişə daha yüksək vəzifəli işə can atırlar, daha çox maaş almaq istəyirlər və hətta mobil telefonları köhnəlməyibsə belə, hər il yeni modelini almağa çalışırlar.
Mən də o çoxluqdan biri idim. Mən də özümdə olan resurslarla həyatıma qida olacaq, təzə ideyalar gətirəcək, əsası isə həyata baxışımı daha böyük bucaqlar altında dəyişəcək imkanlar axtarırdım. Elə buna görə də, 2021-ci il oktyabrın 9-da tələbəlik həyatımın ilk debat turnirindən qayıdarkən Work and Travel proqramının həmin ilki məzunu ilə rastlaşdım və böyük bir addım atmağa qərar verdim. Tək qızını qarlı Qaragandadan oxumağa, hətta Almatıya belə göndərmək istəməyən anamı razı salmaq isə bir həftə vaxtımı aldı. Bu məqsəd də yerinə yetirildikdən sonra, belini bağlayan Ayaulim ən birinci addımı pasport düzəltdirməkdən başladı...
Proqrama müraciət edərkən də, hətta viza alanda da ABŞ-a gedəcəyimə, oranı görəcəyimə inanmırdım. Mənim üçün, ailədə hələ heç kimin xaric görmədiyi sadə bir kəndin qara qızı üçün bu, tamamilə mümkünsüz bir arzu idi. Getmək istəməyimin birinci səbəbi, özümə xaricə çıxmağın mümkün olduğunu sübut etmək istəyirdim. Mənim çoxlu arzularım var, anama bütün dünyanın yaxşılıqlarını göstərəcəyəm deyən, mən isə o arzumun yerinə yetəcəyinə inanmaq üçün əvvəlcə xaricə çıxıb görməli idim. İkincisi, mən həyata tamamilə fərqli prizmadan baxan insanlarla tanış olmağı arzulayırdım. Onların şüuru gözünü açandan bəri başqa mentalitetdə, başqa cəmiyyət və mühitdə tərbiyə olunub. Düşünün, bizə yeni olan insanlarda, bizim öyrəşdiyimiz dostluq dəyərinin mənası tamamilə fərqlidir. Onların yemək yemə etiketi də, hətta salamlaşma etiketi də tamamilə başqadır. Elə bil başqa aləmə düşmüş kimi bir hiss. Onlarla ünsiyyətdə olduqca, onların hər bir xırda şeyə necə baxdıqlarını görürsən, bəlkə də sənin üçün əhəmiyyətsiz olan şey onlar üçün bütün dünyaya bərabərdir? Bu kimi min bir sual mənim şüuruma rahatlıq vermirdi. O aləmi o qədər çox istəyirdim ki, həyatımda baş verən hər bir vəziyyətə başqa mentalitetdə böyümüş bir insanın necə reaksiya verəcəyini beynimdə təsəvvür etmək mənim üçün vərdiş halına gəldi. (Bəlkə də vizualizasiya dedikləri budur?)
İndi qurulmaqda olan karyeram üçün yeni tanışlıqlar və dostluq, hətta yeni məkan gələcəkdə qarşıma çıxacaq müxtəlif xarakterli şagirdləri öyrətmək, tanımaq üçün bu proqramın verəcəyi təcrübə sonsuz görünürdü. Mən nə qədər çox yerə gedib, insanları olduğu kimi tanımağa çalışsam, bir o qədər mənə müxtəlif şagirdlərimi də tanıyıb öyrətmək daha asan olacaq.
Gördüyünüz kimi, mən ABŞ-a çox böyük ümidlər bəsləyirdim. Onun məni tamamilə dəyişəcəyinə, həyatımın bütün sahələrinə yaxşı təsir edəcəyinə inanırdım. Bəli, elə də oldu. Gedən kimi insanlar, küçələr, mənə yad olan hər şey məni yeni həyata öyrətməyə başladı. Amma məni çox dəyişən bunlardan tamamilə başqa bir şey idi...
Getdiyim Massaçusets ştatındakı Plimut şəhərində dəniz məhsulları restoranında işləməyimin cəmi 5-ci günü idi. Birlikdə yaşadığım, həm də birlikdə işlədiyim rəfiqəmlə axşam saat 5-dəki işimizə yola düşdük. Biz Kinqston adlı şəhərdən 7 km uzaqlıqdakı Plimut-a velosipedlə gedirdik işə. Velosiped yolları hər yerdə olmadığı üçün biz səki ilə gəlirdik. 2-3 km yol gedəndə mən velosipedin sükanına sahib ola bilməyib, səkidən avtoyola, sağ dizimin üstünə yıxıldım. Velosiped isə mənim dizimin üstünə düz yıxıldı və sağ dizim asfaltla velosiped dəmiri arasında "sendviç" kimi qaldı. Nə baş verdiyini tam anlamayan mən, ayağa qalxıb qanayan əl-ayağımı torpaqdan təmizləməyə başladım. Velosipedimə təkrar oturub, ayağımın ağrısını da çox hiss etmədən işə getdim. Mən işdə pitsa hazırlayırdım, axşam növbəsinə getdiyim üçün sifarişlər çox gəlirdi. Yıxılanda cırılan cins şalvarımı dizdən yuxarı qatlamışdım və iş vaxtının 1 saatı keçəndən sonra ayağıma baxanda, qatlanmış cinsin altından böyüyüb şişmiş dizimi gördüm. Çox qorxub, işdəkiləri köməyə çağırdım, ondan sonra evə qayıdıb öz bildiyim kimi müalicə etməyə çalışdım. Mən ayağımı sadəcə yara, həm də bərk yıxılandan sonra ağrıdığını düşündüm. Mənim otağım ikinci mərtəbədə idi, ayağımı heç cür bükə bilməyən mən üçün bunun özü çətinlik yaratdı. İki günlük istirahətimdə mən evdə olub, bütün vəziyyəti düşündüm. Anama vəziyyəti dedim, amma çox ağrıdığını, yeriyə bilmədiyimi demədim. Mənim bütün fikrim - o idi ki, təki ayağım sağ olsun.
Mənim o vaxtkı hisslərimi sözlə ifadə etmək mümkün deyil. Evin tək qızı, anasının ərköyünü evdə xəstələnəndə ona yeməyini qabağına gətirib verən mənə, hətta Almatıda xəstələnməyin özü çətin idi. Xəstələnəndə özümü tənha hiss edirdim. ABŞ-da xəstələnmək, ağır travma ilə yeriyə bilməmək mənə o qədər ağır gəldi ki, məni "Qazaxıstana qayıdacağam" düşüncələri də narahat etdi. Travmatologiyaya gedəndə sümüyün şəklini çəkib, yalnız sınmadığı haqqında danışıldı. O günlərdə mən özümü bir neçə il mental cəhətdən böyümüş kimi hiss etdim. Mənim həmişə anam yanımda məni qoruyub gəzir deyən illüziyam bir anda darmadağın oldu. İnsanın başına gələ biləcək ən ağır məsələ - sağlamlığına zərər gəlməsi olsa, mən o məsələni evdən uzaqda qarşılaşdığım, məni dəstəkləyən, mənə qayğı göstərən insanların yanımda olmaması mənə həyata yeni baxışla baxmağı öyrətdi. Mənim o qədər arzuladığım "yeni baxışım" mənə özünü belə tanıtdı. Daha pisi, bəlkə də əksinə, xəstə halda evdə yatanda fikrin min yerə gedir, həyatdakı müxtəlif hadisələri təhlil edirsən. O an çətin olsa da, məni çətinliklərə boyun əyməməyi, ailəndən ayrılmağın bu normal hal olduğunu, həm də böyük həyatda belə çətinliklərin daha böyüyünə də dözmək üçün güclü olmaq lazım olduğunu anladan hiss. Mən bunu özüm istədiyim təcrübələrimin başlanğıcı, onların ən böyüyü hesab edirəm. Mənim o vaxt necə evin istiliyini, necə anamın "qulunum" deyib alnımdan öpdüyünü darıxdığımı bilsəydiniz!
Mən ABŞ-da çoxlu heyranlıq, təəccüb, məyusluq, güclü sevinclər hiss etsəm də, insanların "ABŞ necədir?" sualını eşidəndə mənim yadıma bu hadisə düşür və məni titrədən hiss elə budur. Yeri gəlmişkən, ayağım hazırda sağdır, sadəcə gələcəkdə müalicə qəbul etmək lazımdır.
O bir 2021-ci ilin payızında verdiyim qərar mənə hər şeyin mümkün olduğunu sübut etdi. Maliyyə cəhətdən müstəqil olmaq, ştatlar arasında çox asanlıqla gəzmək imkanını bəxş etdi. Mənim beynimdə hazırda "xaricə çıxmaq çətindir" deyən bir maneə yoxdur, öz gələcəyimə heç bir qorxu olmadan xaric ilə bağlı planlar qura bilirəm, mənim üçün xaricdə oxumaq və işləmək normal və mümkün bir hala çevrildi. Mənim əsas istədiyim də bu idi, hər şeyin mümkün olduğunu anlamaq. Mənə daha çox xoş gələn hiss, beynimdəki mentalitetdən gələn mənfi stereotipləri aradan qaldırması oldu. İndi mən İnstaqramdakı 18 yaşlı milyonçularla özümü müqayisə edib, özümü "tərəvəz" kimi hiss etmirəm, çünki mən milyonçu olmasa da ambisiya ilə dolu gənclərlə, onların ideyaları ilə tanış oldum. Hər bir şəxsiyyətin özünəməxsus dəyərləri var, həm də onları müqayisə etmək, alma və bananı rənglərinə görə müqayisə etmək kimi mənasız olduğunu anladım. Mənim üçün insanları onların hansısa həyat təcrübələrinə görə müqayisə etmək, onların milləti, mədəniyyəti və dininə görə müqayisə etməkdən daha yüksəkdə durduğu bir daha sübut olundu. Qarşıma qoyduğum məqsədlərimin yerinə yetəcəyinə inamlı olmaqla yanaşı, onları özümün gördüyüm insanların düşüncələri kimi dəyərlərlə tamamlamağa başladım. Məsələn, bizim evin iki qardaş ev sahibləri hər cümə günlərini özləri üçün ailə günü kimi təyin edib, analarını götürüb, üçü birlikdə ailə görüşünə çıxırdılar. Mənim anama xaric gəzdirmək arzumu xatırlayırsınızmı? O arzumun üstünə indi anama diqqət ayırmaq, hər həftə onunla danışmaq, görüşə çağırmaq və ailə gününü təyin etmək də əlavə olundu. Məni sevindirən odur ki, xaricdə üç ay olub gəlmək mənim gələcəkdə tərbiyə edəcəyim minlərlə şagirdimə də kömək edəcək. Onları özümün öyrəndiyim ailə günü kimi bir çox yaxşı keyfiyyətlərə öyrədə bilməyim mənim üçün böyük qələbədir. Bu dünyada yaxşı, vicdanlı insanların çox olması, onlarla dostlaşıb, təcrübə mübadiləsi etmək - mənim Yer kürəsində daha bir evimi formalaşdırdı.
Mənim daha bir sevindiyim məqam, ABŞ kimi böyük bir dövləti 19 yaşımda səyahət edə bilməyimdir. Çünki, məsələn 23 yaşımda səyahət etməyə başlasaydım, başımdan keçən bütün hissləri başqa cür düşünüb qəbul edəcəkdim. 15 yaşımda oxuduğum kitabı 25 yaşda oxuyanda tamamilə başqa hisslər keçirdiyin kimi, mənim də 19 yaşımda başımdan keçirdiyim təcrübəmi, növbəti dəfə gedəndə tamamilə başqa hisslər hiss etməyə bağlayacağam deyə inanıram.

