Afrika qitəsini iki okean – Atlantik və Hind okeanları əhatə edir. Camps Bay Keyptaunda ən populyar çimərlikdir, oradan Stol dağına və On iki həvariyə (Twelve Apostles) mənzərə açılır. O, Atlantik okeanı ilə əhatə olunduğu üçün su soyuq, dalğalar isə nəhəngdir. Lakin bu yer serfinq üçün idealdır. Buna görə də çimmək üçün Hind okeanı sahilindəki çimərlikləri seçmək daha yaxşıdır, çünki orada su istidir.
Dənizkənarı Hout Bay qəsəbəsinə baş çəkməyi məsləhət görürəm, oradan körfəzə heyrətamiz mənzərə açılır. Mütləq Chapman's Peak Drive ilə sürün – bu, mavi okean mənzərəsi ilə dünyanın ən gözəl qayalı yoludur.
Getmək heç istəmirdim, bu, həyatımın ən yaxşı, parlaq və mənalı 2 həftəsi idi. Bu müddət ərzində mən çoxlu insanlarla tanış oldum, dünyanın hər yerindən gələn aksentləri eşitdim, ingilis dili danışığım daha yaxşı və inamlı oldu. Məni maraqlandıran sahədə təcrübə topladım. Əgər hələ də Stay Africa könüllülük layihəsində iştirak edib-etməməyi düşünürsünüzsə, sadəcə bunu edin, peşman olmayacaqsınız!

