Cənubi Afrika — Afrika qitəsinin cənubunda yerləşən dövlətdir. Şimal-qərbdə Namibiya, şimalda Botsvana və Zimbabve, şərqdə Mozambik və Esvatini ilə həmsərhəddir, ölkənin şərq hissəsində isə Lesoto krallığı anklav kimi yerləşir. Şərq və cənubdan Hind okeanı, qərbdən isə Atlantik okeanı ilə əhatə olunub. Ümumi sahəsi 1,22 milyon kvadrat kilometrdir.
Cənubi Afrika nəfəs kəsən kontrastlar, heyrətamiz möcüzələr və zəngin vəhşi təbiət ölkəsidir, öz gözəlliyi ilə insanı valeh edir. Bu, həqiqətən də bir ölkə daxilində bütöv bir dünyadır, onun sərhədləri landşaftların müstəsna müxtəlifliyini əhatə edir: şərq yüksəkliklərinin subtropik meşələrinin şirəli həmişəyaşıl kolluqlarından qərbdəki quraq səhralara, əzəmətli dağ zirvələrindən günəşlə yuyulan və yaşıllıqla qızıla bürünmüş sahil bölgələrinə qədər.




