Las Vegas qumar oyunları, kazino və pul itirmək şəhəridir. Mən heç yerdə bu qədər kazino və qumarbaz insan görməmişəm. Las Vegasda olub avtomata bir dollar atmamaq olarmı? Onda siz bu şəhərdə olmamısınız. Mən 1$ atdım və 1,19$ qazandım. Bilirdim ki, bu şəhər səhrada tikilib, amma bu qədər isti olacağını düşünmürdüm, bu şəhərdə yalnız axşamlar gəzmək lazımdır. Bu şəhər öz mərkəzi ilə yadda qaldı. O, dünyadakı bütün ən məşhur memarlıq nümunələrini özündə birləşdirib. Bu şəhərdə olduqdan sonra başqa şəhərlərə getməyə ehtiyac da yoxdur. Məsələn, mən orada Eyfel qülləsini gördüm, ona çıxmaq da olar. Misir, Venesiya, Nyu-York və bir çox digər şəhərlər bir Las Vegasda yerləşir. Bu, çox vaxta qənaət edir.




+1
Rəylər · 1
